BAKI, 17 iyul. TELEQRAF
Ötən ilin birinci yarımilində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 7549 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 92,6 %-nin açılması təmin olunub.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.
Bildirilib ki, Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci yarımilində törədilən 12 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib.
Qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, oğurluq, mənimsəmə və israf etmə, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma, adam oğurluğu, quldurluq, ekoloji cinayətlərin sayında isə artım müşahidə olunub.