Kvinnipek Universitetinin keçirdiyi son rəy sorğusuna əsasən, ABŞ vətəndaşlarının 53 faizi Venesuelada hərbi əməliyyatların aparılmasına qarşı çıxır.
Teleqraf xəbər verir ki, sorğunun nəticələrinə görə, yalnız 25 faiz respondent ABŞ-nin Karakasın işlərinə birbaşa hərbi müdaxiləsini dəstəkləyir. Donald Trampın Venesuela hakimiyyətinə təzyiqləri artırmaq planları fonunda amerikalıların yarıdan çoxu - 53 faizi prezident səlahiyyətlərinin həddən artıq genişləndirilməsindən narahat olduqlarını bildirib və Trampın çox irəli getdiyini düşünür.
Eyni zamanda, iştirakçıların 53 faizi beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmilərə zərbələrin endirilməsinə də qarşı çıxıb.
Qeyd edək ki, daha əvvəl Donald Tramp Venesuela ilə əlaqəli, sanksiya altına düşmüş neft tankerlərinə qarşı blokada rejiminin tətbiq edildiyini elan etmişdi.