BAKI, 26 may. TELEQRAF

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Teleqraf xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində 4 nəfər azadlığa buraxılıb, biri pakistan vətəndaşıdır.

Arayışlar təqdim etdikdən sonra onlar azadlığa buraxılıblar.

Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 220 nəfərə şamil edilib.