ŞƏMKİR, 16 iyul. TELEQRAF
Şəmkirdə 13 yaşlı yeniyetmə qıcolmadan vəfat edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Dəllər qəsəbəsində qeydə alınıb. 2013-cü il təvəllüdlü Y. Məmmədovun hamam otağında səhhəti pisləşib və qıcolma olub. Nəticədə o, boğularaq vəfat edib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.