BAKI, 4 noyabr. TELEQRAF
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Şaiq Şükürov xəstəxananın direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Şaiq Şükürov bu təyinatadək Füzuli Rayon Mərkəzi Xəstəxanasında çalışıb.
Noyabrın 3-də Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub.
O, digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.