MİNGƏÇEVİR, 15 iyul. TELEQRAF
Mingəçevirdə iki avtomobilin toqquşması nəticəsində iki nəfər yaralanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Nəriman Nərimanov küçəsində baş verib.
"Renault" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan iki qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.