Ukraynanın Odessa limanı yaxınlığında pilotsuz uçuş aparatının hücumuna məruz qalan "Atlas Bey" adlı mülki ticarət gəmisində həlak olan kapitanın Lənkəran sakini olduğu məlum olub.
Teleqraf-ın Cənub bürosunun əldə etdiyi məlumata görə, hücum nəticəsində həyatını itirən Səməd Nəsrullayev Lənkəran şəhərinin Balıqçılar məhəlləsindəndir.
Məlumata əsasən, Səməd Nəsrullayevlə birlikdə daha üç nəfər həmkəndlisi də "Atlas Bey" gəmisinin ekipajında çalışırmış. Onların vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Qeyd edək ki, "Atlas Bey" adlı mülki ticarət gəmisi Odessa limanı yaxınlığında dron hücumuna məruz qalıb. Hadisə nəticəsində gəminin kapitanı Səməd Nəsrullayev həlak olub.