BAKI, 8 iyul. TELEQRAF
Şuşanın Kiçik Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə çatan 51 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
14:25
Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Güneyxırman kəndinə köçürülən 18, Quzeyxırman kəndinə köçürülən 21 ailəyə yeni mənzillərinin açarları təqdim edilib.
***
14:25
Növbəti köç karvanı Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında respublikanın müxtəlif bölgələrindən yola salınan 15 ailə Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə çatıb.
Qeyd olunub ki, növbəti mərhələdə ailələrə məskunlaşacaqları mənzillərin açarları təqdim ediləcək.
***
13:54
Xocavənd rayonunun 2 kəndinə ilk köç karvanı mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında yola salınan Güneyxırman kəndinə 18 ailə olmaqla 72 nəfər, Quzeyxırman kəndinə 21 ailə olmaqla 87 nəfər mənzil başına çatıb.
Daha sonra mənzil başına çatan ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
*****
06:34
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində əhalinin doğma yurdlarına köçürülməsi davam edir.
Teleqraf xəbər verir ki, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə, eləcə də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Xocavənd rayonunun Güneyxırman kəndinə 18 ailə olmaqla 72 nəfər, Quzeyxırman kəndinə 21 ailə olmaqla 87 nəfər köçürülüb.
Eyni zamanda, Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə, ümumilikdə 51 nəfər yola salınıb.
Beləliklə, növbəti köç mərhələsində ümumilikdə 54 ailə, yəni 210 nəfər uzun illərdən sonra öz doğma yurduna qayıdır.