AĞADAM, 4 iyul. TELEQRAF

Ağdamda anbarda batan ata və övladların axtarışlna dalğıc qrupu cəlb edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, su anbarında batan 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar və 2009-cu il təvəllüdlü Fidanın axtarışına FHN-nin Aran Dalğıc-axtarış qrupu cəlb edilib.

Hazırda axtarış tədbirləri davam etdirilir.

***

16:23

Ağdam rayonunda faciəli hadisə baş verib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

Ağdam rayonunun Cinli kənd sakini Şərif Cəmşəddin oğlu İsgəndərov iki övladı ilə su anbarında çimərkən boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.