Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PA) Baş katibi Asəf Hacıyevə ağır itki üz verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, onun bacısı Rahiyə Hacıyeva vəfat edib.

Mərhum bu gün Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.

R.Hacıyeva Gəncə 1 saylı Uşaq Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.