GORANBOY, 3 iyul. TELEQRAF
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rauf Əhmədov Goranboy rayonunun Sarov kəndi qəbiristanlığında dəfn olunub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin təmsilçiləri, şəhidiin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 1969-cu ildə doğulmuş Rauf Əhmədov Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb.
Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Sonuncu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub, orada itkin düşüb.
R.Əhmədov doğulduğu Goranboy rayonunun Sarov kənd qəbiristanlığında torpağa tapşırılacaq.