GƏNCƏ, 2 iyul. TELEQRAF

Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1997-ci il təvəllüdlü Aleksandr Konalinko bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə gətirilib.

Ona ilkin tibbi yardım göstərilib.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma başlanılıb.