ŞƏMKİR, 29 iyun. TELEQRAF

Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

2012-ci il təvəllüdlü F.Rzayevin yaşadığı evin arxa hissəsində meyiti tapılıb. 14 yaşlı yeniyetmənin ölüm səbəbi məlum deyil. Onun dünəndən itkin düşdüyü bildirilir.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.