GƏNCƏ, 29 iyun. TELEQRAF
Gəncə Dövlət Universitetinin (GDU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Qivami Qazıyev vəfat edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bir müddət öncə mərhumun səhhətində problemlər yaranıb.
Q.Rzayev 2001-ci ildən Gəncə Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında kabinə müdiri, müəllim, baş müəllim kimi fəaliyyət göstərib.
O, 20-dən çox elmi məqalənin müəllifidir. 2019-cu ildən Azərbaycan Respublikası Prezident Təqaüdçüsü idi.