ŞƏMKİR, 29 mart. TELEQRAF

Şəmkir rayonunda 18 yaşlı gəncin meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Cəyir kəndində qeydə alınıb. Kənd sakini 2008-ci il təvəllüdlü Eşqin Əlizadənin meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.