MİNGƏÇEVİR, 29 mart. TELEQRAF
Mingəçevir şəhər 3 saylı orta məktəbin 5-ci sinif şagirdi Mehriban Əhmədli 7-ci dəfə şahmat üzrə Azərbaycan çempionu adını qazanıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 12 yaşlı şahmatçı bu uğura ölkə birinciliyinin başa çatmasına bir tur qalmış nail olub.
Qeyd edək ki, istedadlı şahmatçı indiyədək iki dəfə ənənəvi şahmat üzrə Avropa, rapid və blits şahmatı üzrə isə iki dəfə Dünya çempionu adını qazanıb.