ŞUŞA, 12 yanvar. TELEQRAF
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Yeganə Mürsəlova illər sonra doğma şəhərinə müəllim kimi qayıdıb.
Teleqraf-ın Qarabağ bürosuna açıqlama verən Yeganə Mürsəlova bildirib ki, Şuşanı 6 yaşında şagird kimi tərk etsə də, bu gün azad olunmuş doğma torpağa müəllim kimi qayıtmaq onun üçün böyük qürurdur:
“Çox sevincliyəm, çox qürurluyam. Bu sevinci bizə yaşadan şəhidlərimiz, qazilərimiz və Ali Baş Komandanımızdır. Biz illər boyu vətənimizdə vətənsiz idik. Bu gün isə çox şükürlər olsun ki, doğma torpağımızdayıq. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu sevinc və həyəcan məhz Ali Baş Komandanımızın sayəsində mümkün olub”.