ŞƏMKİR, 12 yanvar. TELEQRAF

Şəmkir rayonunda söyüş üstündə bıçaqlanma hadisəsi olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonunun Dəllər-Cırdaxan kənd sakini 2008-ci il təvəllüdlü Elmir Cəfərov 1986-cı il təvəllüdlü Pərviz Əliyevi bıçaqlayıb.

İlkin məlumata görə, hadisəyə səbəb zərərçəkən şəxsin qarşı tərəfi söyməsi olub.

Bıçaqlanan P. Əliyevin Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.