BAKI, 12 yanvar. TELEQRAF

Tovuzda sərnişin avtobusu ilə minik maşını toqquşub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınııb.

Bakı istiqamətinə hərəkət edən "Mercedes" markalı avtomobil "VAZ2106" markalı maşınla toqquşub.

Qəza zamanı "VAZ"-ın sürücüsü 1988-ci il təvəllüdlü Zaur Həsənov müxtəlif bədən xəsarətləri alıb. Sərnişin avtobusunda isə yaralı yoxdur. Sərnişinlər digər mikroavtobusla Bakı şəhərinə yola salınıb.

Qəza ilə bağlı araşdırma başlanılıb.