ASTARA, 7 yanvar. TELEQRAF
Astarada “Niva” markalı avtomobillə mopedin toqquşması nəticəsində ər-arvad xəsarət alıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.
Astara rayonunun Hamuşam kənd sakini Eldar Şabanovun idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi 1980-ci il təvəllüdlü Şüvi kənd sakini Muxtar Manaf oğlu Rəhimovun idarə etdiyi mopedlə toqquşub.
Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Lalə Xanlar qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasınaın təcili yardım şöbəsinə hospitalizasiya olunublar. L.Aslanovanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.