GƏNCƏ, 7 yanvar. TELEQRAF
Bu gecə Gəncə şəhər Atatürk prospektində 17 yaşlı gənc tərəfindən öldürülən 2003-cü il təvəllüdlü Zamir Rzayevin fotosu yayılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qətlə yetirilən şəxs Daşkəsən rayon sakini olsa da Gəncənin Məhsəti qəsəbəsində yaşayıb.
Hadisə gecə təxminən saat 3 radələrində qeydə alınıb. Mübahisə zamanı 17 yaşlı gənc Z. Rzyevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib.
Sonuncu hadisədən bir neçə dəqiqə sonra qan itkisindən vəfat edib.

***
10:02
Gəncədə 23 yaşlı oğlan qətlə yetirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Gəncə şəhəri ərazisində Daşkəsən rayon sakini, 2003-cü il təvəllüdlü Zamir Rzayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, 17 yaşlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla araşdırmalar davam etdirilir.