SALYAN, 5 yanvar. TELEQRAF
Salyan rayonunda baş verən qəzada ölənlərin sayı üç nəfərə çatıb.
Teleqraf xəbər verir ki, Salyan–Noxudlu avtomobil yolunda iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində taksi kimi fəaliyyət göstərən Sabirabad rayonunun Muğangəncəli kənd sakini, 32 yaşlı Coşqun Məmmədovla yanaşı, onun sərnişinləri, həmkəndlisi olan 60 yaşlı Vüqar İmanov və Çiçəkli kənd orta məktəbində müəllim işləyən 37 yaşlı oğlu Tərlan İmanov həlak olublar.
Məlumata görə, Vüqar İmanov Moskva şəhərindən Yeni il bayramını kənddə qarşılamaq üçün gələn atasını yola salırmış. Onlar aeroporta tələsirmişlər.
Faktla bağlı araşdırma aparılır.

***
17:36
Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı artıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qəza zamanı xəsarət alan şəxslərdən biri də xəstəxanada dünyasını dəyişib.
Digər yaralının — 1985-ci il təvəllüdlü Məmmədov Mirzağa Həbib oğlunun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, həkimlərin müdaxiləsi nəticəsində onun ayağı amputasiya olunub.
***
17:20
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Salyan–Noxudlu avtomobil yolu üzərində qeydə alınıb.
İlkin məlumata görə, iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
qəza zamanı həyatını itirən şəxs Sabirabad rayon sakini Məmmədov Coşqun Məmmədhüseyn oğludur.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxslərin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.