CƏLİLABAD, 1 yanvar. TELEQRAF
Cəlilabadda mərkəzi parkda - Heydər Əliyev seyrəngahında bıçaqlanma hadisəsi qeydə alınıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, gənclər arasında yaranan mübahisə zamanı Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü, Əsgərli Məhəmməd Ruslan oğlu bıçaq xəsarətləri alıb.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.
Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.