TOVUZ, 30 dekabr. TELEQRAF
Tovuzda yük avtomobillərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dekabr ayı ərzində 3 yük avtomobilindən oğurluq etməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Akif Qaracayev saxlanılıb.
O, “Kamaz” markalı avtomobillərdən 2140 manat dəyərində 8 ədəd akkumulyator oğurlayaraq satıb.
Araşdırmalar davam etdirilir.