ŞUŞA, 28 dekabr. TELEQRAF

Şuşaya yağan qarın hündürlüyü 10 santimetrə çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə başlayan qar yağımı bu gün günorta saatlarınadək davam edib.

Yağan qarın hündürlüyü 8-10 santimetrə çatıb.

Qar nəqliyyatın hərəkətində heç bir çətinlik yaratmayıb, yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.

Havanın temperaturu -6 mənfi altı dərəcəni göstərir.