BİLƏSUVAR, 27 dekabr. TELEQRAF
Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.
Teleqraf-ın Cənub bürosunun xəbərinə görə, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib.
Biləsuvar rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümidvar qızı Məmmədova işlədiyi gözəllik salonunda vəfat edib.
İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.