ASTARA, 27 dekabr. TELEQRAF
Astarada kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Günəmuzd fəhlə işləyən 1974-cü il təvəllüdlü Möhübbət Mirzəhəsən oğlu Gülhəsənovun iş başında halı pisləşib.
O, Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. M.Gülhəsənovun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.