MİNGƏÇEVİR, 27 dekabr. TELEQRAF

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən Teleqraf-ın sorğusuna cavabda bildirilib ki, qeyd edilən reys tələbata uyğun olaraq gün ərzində 2 dəfə olmaqla Gəncə-Mingəçevir-Gəncə marşrutu ilə fəaliyyətini davam etdirir.

Sərnişinlər Bakı-Qazax-Bakı marşrutu ilə də gün ərzində Gəncədən Ağstafaya və əks istiqamətə ümumilikdə 4 dəfə səfər edə bilərlər.

Bundan başqa, gələn ilin əvvəllərində daha bir regiondaxili marşrut sərnişinlərin istifadəsinə veriləcək.

***

12:55

Mingəçevir-Ağstafa marşrutu üzrə hərəkət edən qatarların fəaliyyəti dayandırılaraq Mingəçevir-Gəncə marşrutu ilə əvəzlənib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, baş verən dəyişiklik Mingəçevir-Ağstafa marşrutu üzrə müşahidə olunan sərnişin azlığı ilə bağlıdır.

Mingəçevir-Gəncə qatarının hərəkət qrafiki də dəyişib. Hazırda bu marşrut üzrə səhər və axşamüstü olmaqla gün ərzində iki dəfə sərnişin qatarı hərəkət edir.

Məlumata görə, növbəti ildən Mingəçevir-Bakı qatarının xəttə buraxılması gözlənilir.