MİNGƏÇEVİR, 26 dekabr. TELEQRAF

Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən keçmiş köçkün şəhərciyində baş verib.

Ağdamın Qiyaslı kəndindən olan 1935-ci il təvəllüdlü Nabat İsmayılova və onun qızı 1973-cü il təvəllüdlü Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.