AĞDAM, 25 dekabr. TELEQRAF
Bu gün Ağdam şəhərinə 83 ailə olmaqla ümumilikdə 308 sakin köçüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, doğma yurduna qayıdan sakinləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov salamlayaraq onları maraqlandıran zəruri məsələlər barədə məlumatlandırıb.
Həmçinin sakinlərə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi ilə bağlı geniş izahat verilib, təhlükəsizlik qaydaları diqqətə çatdırılıb.
Daha sonra köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib.
Qeyd edək ki, Ağdam şəhərinə mərhələli şəkildə əhalinin qayıdışı icra edilir.