MİNGƏÇEVİR, 25 dekabr. TELEQRAF
Mingəçevirdə 2025-ci il ərzində 1500-dən çox uşaq dünyaya gəlib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2025-ci ilin 11 ayı ərzində ümumilikdə 1505 körpə doğulub.
Doğulan uşaqlardan 825-i kişi, 680-i isə qadın cinsinə mənsubdur.
Qeyd olunan dövrdə dünyaya gələn körpələr arasında 8 halda əkiz doğum faktı qeydə alınıb.