BƏRDƏ, 8 dekabr. TELEQRAF
Bərdə rayonununun Xanərəb kəndində bir ailənin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Teleqraf-ın Qarabağ bürosuna Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.
Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, zəhərlənənlər bir ailənin üzvləridir.
Onların pomidor turşusundan zəhərləndikləri bildirilirir.