AĞDAM, 5 dekabr. TELEQRAF

Ağdamda qazıntı zamanı insan sümükləri tapılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, dekabrın 2-də rayonun işğaldan azad olunmuş Baş Qərvənd kəndi ərazisində qazıntılar zamanı insan sümüklərinin qalıqları tapılıb.

Aşkar edilən sümük qalıqları araşdırılması üçün ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.