CƏLİLABAD, 5 dekabr. TELEQRAF

Cəlilabadda mərkəzi bazarın arxasında yerləşən qeyri-yaşayış sahəsi uzun müddətdir yığılmamış tullantılar səbəbindən antisanitariya mənbəyinə çevrilib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, zibillərin vaxtında daşınmaması nəticəsində tullantılar ətraf ərazilərə yayılaraq xoşagəlməz mənzərə yaradıb.

Tullantıların böyük hissəsi bazardan toplanmış məişət qalıqlarıdır.

Sakinlər bildirirlər ki, vəziyyət artıq dözülməz hal alıb və məsələ ilə bağlı aidiyyəti qurumların təcili tədbir görməsinə ehtiyac var.