YEVLAX, 6 dekabr. TELEQRAF

Ötən gün Yevlaxda baş verən yanğın hadisəsində xəsarət alan 58 yaşlı kişi xəstəxanada ölüb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, yanğın zamanı yaralananlar arasında 58 yaşlı Mehdiyev

Kamran Mayıl oğlu həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

YEVLAX, 5 dekabr. TELEQRAF/ 17:15

Giriş qapısını qırmaq istədim. Qızı qoymadı qapını qıram, dedi, o biri tərəfdəki qapını qırın açın.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri bu gün Yevlaxda yanğın zamanı ölən Nərgiz Mikayılovanın qonşusu Oqtay Süleymanov deyib.

O bildirib ki, birinci mərtəbədə baş verən yanğının tüstüsü üst mərtəbəyə də dolubmuş: "Bizim evə də tüstü dolmuşdu. Çox gur tüstü idi. Bəlkə də qadın tüstüdən boğulub ölüb. İlk köməyə mən gəldim. Giriş qapısını qırmaq istədim. Qızı qoymadı qapını qıram, dedi, digər tərəfdəki qapını qırın, açın.

Qapının arxası bağlı idi, lomla qırıb açdım. Gücüm çatanı etdim. Gecə idi, yanğınsöndürənlər vaxtında gəlməsəydi, yanğın yayıla və daha çox bina sakin yanıb ölə bilərdi".

***

12:00

Yevlax şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın zamanı 2 nəfər yanıq xəsarətləri alıb və yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

11:50

Bu gün saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Onlardan birinin 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

***

11:22

YEVLAX, 4 dekabr. TELEQRAF

Yevlaxda baş verən yanğın zamanı 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, gecə Yevlax şəhərində baş verən yanğın zamanı 1945-ci il təvəllüdlü Nərgiz Mikayılova yanaraq ölüb.

Evdə olan 1965-ci il təvəllüdlü Vahabova Yasəmən və 1967-ci il təvəllüdlü Mehdiyev Kamran ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Yanğında ölən Nərgiz Savalan qızı Mikayılova 1-ci Qarabağ müharibəsi şəhidi 1972 -ci il təvəllüdlü Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır.

Yanğın S.Vurğun küçəsində yerləşən evlərdən birində yerləşən 4 otaqlı mənzildə baş verib.

İlkin ehtimala görə, yanğın elektrik xəttində qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparıllr.