ŞƏMKİR, 4 dekabr. TELEQRAF

Şəmkir rayonunda 12 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında xəsarət alan yaralıların son vəziyyəti açıqlanıb.

Şəmkir rayon Mərkəzi Xəstəxanasının həkimi Teymur Hüseynli Teleqraf-a bildirib ki, yaralılardan iki nəfərin vəziyyəti ağırdır.

"Xəstəxanamıza 12 nəfər gətirilib. Bunlardan 10-nun vəziyyəti orta-ağır, 2 nəfərin durumu isə ağırdır. Yaralılardan bir nəfər reanimasiya şöbəsinə yerləşdirilib, digərləri palatalardadır"

Məlumat üçün bildirək ki, hadisə zamanı xəsarət alan şəxslər Yevlax rayon sakinləridir.

Qəza Şəmkirin Kür-Narınqala avtomobil yolunda "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində qeydə alınıb. Qəzanın baş verdiyi ərazi Şəmkirin Keçili kəndinin pay torpaqları və təsərrüaftlarına aparan avtomobil yoludur. Həmin şəxslərdə təsərrüfatda işləmək üçün gedirmiş.

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

09:41

Yevlax rayonundan Şəmkirə fəhlələri aparan və Keçili kəndi ərazisində su kanalına aşan mikroavtobusda 12 nəfər xəsarət alıb.

Teleqraf həmin şəxslərin adlarını təqdim edir:

Musayeva Aygün Rövşən qızı (1984)

Hüseynova Aygül Həsən qızı (1958)

Hüseynova Laləzar Göygöz qızı (1965)

Məmmədova Afət Eyyub qızı (1962)

Məmmədova Natella Müzəffər qızı (1966)

Cəfərova Məlahət Cəfər qızı (1965)

Səlimov Elman Rasim oğlu (1994)

Musayeva Nuriyyə Köçəri qızı (1986)

Musayeva Bəsti Köçəri qızı (1956)

Əhmədova Gülnar Ramiz qızı (1987)

Babayeva Mahirə Bayram qızı (1970).

Bundan başqa, Samirə adlı qadının da xəsarət aldığı bildirilir.

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Avtomobildə olan şəxslərin hamısı Yevlax rayonunun müxtəlif kənd sakinləridir.

Məlumat üçün bildirək ki, "Mercedes" markalı mikroavtobusun qəzaya uğraması hadisəsi Kür-Narınqala avtomobil yolunda qeydə alınıb.

Sözügedən ərazi Şəmkirin Keçili kəndinin pay torpaqları və təsərrüatlarına aparan avtomobil yoludur.

İlkin ehtimala görə, hadisə sürücünün dönmə əməliyyatı yerinə yetirdiyi vaxt baş verib.

***

10:36

Yevlax şəhərindən Şəmkirdəki istixanalardan birində işləyən fəhlələri aparan mikroavtobus Keçili kəndi ərazisində idarəetmədən çıxaraq su kanalına aşıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində 10-dan artıq şəxs xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.