CƏLİLABAD, 2 dekabr. TELEQRAF
Cəlilabad rayonu ərazisində yerləşən su-bataqlıq sahələrindən birində, ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.
Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, ilkin məlumata görə, təxminən 5 hektar ərazidə quru ot və qamışlıq sahə yanıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
***
13:30
Cəlilabad rayonunda su-bataqlıq ərazilərdən birində yerləşən ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.
Teleqraf-ın Cənub Bürosu xəbər verir ki, quru ot və qamışlıq sahəsinin alovlanması nəticəsində tüstü bir neçə kilometr məsafədən aydın görünür.
Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində operativ tədbirlər görülür.
Yanğının səbəbləri araşdırılır.