XOCAVƏND, 28 noyabr. TELEQRAF
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün respublikanın müxtəlif yerlərindən yola salınan 16 ailə Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə çatıb və onlara yeni mənzillərin açarları təqdim edilib.
***
13:41
Qırmızı Bazar qəsəbəsinə köç karvanı mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yola salınan 16 ailə 55 nəfər mənzil başına çatıb, onlara mənzillərin açarları təqdim ediləcək.


***
12:24
Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə 16 ailə olmaqla 55 nəfər Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə daxil olmaqla Qırmızı Bazar qəsəbəsinə ümumilikdə 67 ailə olmaqla 254 nəfərin qayıdışı təmin olunub.
