GƏNCƏ, 27 noyabr. TELEQRAF
Gəncədə minik maşınının "BAKU BAS"a məxsus sərnişin avtobusuna çırpılması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bu, minik maşınında olan 2006-cı il təvəllüdlü Qurban Cəbrayılovdur.
***
16:54
Gəncədə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, minik maşını "BAKU BAS"a məxsus sərnişin avtobusuna çırpılıb.
Nəticədə minik maşınında olan bir nəfər hadisə yerində ölüb.
Bundan əlavə daha iki nəfər Göygöl rayon sakinləri 2005-ci il təvəllüdlü Əli Abdullayev və 2004-cü il təvəllüdlü Ramin Quliyev müxtəlif bədən xəsarətləri ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb.

