GÖYÇAY, 27 noyabr. TELEQRAF

Göyçayda yol qəzası olub, xəsarət alan var.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonu ərazisindən keçən hissəsində baş verib.

41 yaşlı Namiq Həsənovun idarə etdiyi “QAZ-31” və 20 yaşlı Nihad Əliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”-ın sürücüsü Nihad Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.