GORANBOY, 27 noyabr. TELEQRAF
Dünən axşam saatlarında Goranboy rayonun Cəfər Cabarlı-4 ünvanda yerləşən 60 mənzilli binanın bir hissəsinin çökməsi nəticəsində binada yaşayan sakinlər artıq kirayəyə çıxarılıb.
Rayon Fövqaladə Hallar Komissiyasının sədri Seymur Nazarov Teleqraf-a bildirib ki, sakinlər bir neçə gün öncə binadan çıxarıldığından xəsarət alan olmayıb.
"Binanın beşinci bloku tam çöküb. Bu hadisədən bir neçə gün öncə binada baş verən ilkin qəza zamanı bütün sakinlər köçürülmüşdü. Onlar artıq kirayəyə və yaxınlarının evlərinə yerləşdirilib. Kirayə haqları dövlət tərəfindən ödəniləcək. Ümumilkdə bina 60 mənzillikdir." - S. Nazarov qeyd edib.
