KƏLBƏCƏR, 25 noyabr. TELEQRAF
Kəlbəcərdə İstisu sanatoriyası gələn il təhvil veriləcək.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Kəlbəcər rayonunda Bərpa Tikinti İdarəetmə Xidmətinin mətbuat katibi Nuranə Babayeva bildirib.
Onun sözlərinə görə, artıq bir neçə aydır Kəlbəcər sakinləri öz dədə-baba yurdlarına qayıdıblar və birinci yaşayış məhəlləsinin birinci mərhələsində yerləşdiriliblər:
"Davam edən layihələrinizdən birinci yaşayış məhəlləsinin ikinci mərhələsi də var. Layihələndirmə işləri davam edən ikinci, üçüncü, dördüncü yaşayış məhəlləmiz, Kəlbəcər şəhər inzibati binası və 11 hektara yaxın ərazidə şəhər parkının inşası nəzərdə tutulub.
Kəndlərimizdə də layihələndirmə işləri davam edir. Zar kəndində sürətlə iş gedir. Yaxın zamanlarda əhalinin köçürülməsi ehtimalı var. Növbəti ildə təhvil verilməsi nəzərdə tutulan digər layihələrdən İstisu sanatoriyasıdır".