KƏLBƏCƏR, 25 noyabr. TELEQRAF

Kəlbəcərdə 25 noyabr Şəhər Günü çərçivəsində fotosərgi təşkil edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, "Kəlbəcər Obyektivdən Tarixə" adlı fotosərgidə sərgilənən şəkillərdə əsasən işğal dönəmi və işğaldan sonrakı inkişafı əks etdirən kadrlar öz əksini tapıb.

Qeyd edək ki, bu gün Kəlbəcər Şəhər Günü ilə əlaqədar tamaşa nümayişi, konsert proqramı və günün sonunda atəşfəşanlıq nəzərdə tutulur.