XOCALI, 25 noyabr. TELEQRAF
Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan ailələr mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün Ağdamın Dördyol adlanan ərazisindən yola salınan növbəti köç karvanları mənzil başına çatıb.
Daha sonra ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.



***
12:12
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış proqramı davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq, bu mərhələdə Xocalı rayonunun Təzəbinə kəndinə 16 ailə olmaqla 66 nəfər, Xanyurdu kəndinə isə 11 ailə olmaqla 38 nəfər Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Köç edənlər bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə daxil olmaqla Təzəbinə kəndində 126 ailə 567 nəfər, Xanyurdu kəndinə isə 110 ailə 378 nəfər daimi köçü təmin edilib.