ŞƏMKİR, 21 oktyabr. TELEQRAF
Şəmkirdə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Çaparlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonunun Təzəkənd kənd sakini, 1982-ci il təvəllüdlü Hacılı Yavər Kamil oğlu idarə etdiyi "Mercedes Benz Vito" markalı avtomobillə təxminən 35-40 yaşlı, kişi cinsli, şəxsiyyəti məlum olmayan piyadanı vurub, zərərçəkən ölüb.
Faktla bağlı araşdırma başlanılıb.