BEYLƏQAN, 20 oktyabr. TELEQRAF
Beyləqanda "Mercedes" markalı üç avtomobil toqquşub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, zəncirvari qəza Beyləqan rayon Əlinəzərli kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn digər iki "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilinin biri yoldan çıxıb və hər üç avtomobilə zərər dəyib.
Qəza zamanı sürücülərdən yüngül xəsarət alanın olduğu bilirilir.
Faktla bağlı araşdırma başlanıb.