GƏNCƏ, 20 oktyabr. TELEQRAF
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
1985-ci il təvəllüdlü Elnur Əsgərov idarə etdiyi "VAZ2106" markalı avtomobillə qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Ceyran Bayramovanı vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanılıb