MİNGƏÇEVİR, 20 oktyabr. TELEQRAF
Sirkə turşusu içən 80 yaşlı qadın bu gün səhər xəstəxanada vəfat edib.
Bu barədə Teleqraf-ın Mərkəzi Aran bürosuna mərhumun yaxınları məlumat verib.
***
09:37
Mingəçevirdə 80 yaşlı qadın ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 1945-ci il təvəllüdlü Dilarə Orucova səhvən və ehtiyatsızlıq nəticəsində sirkə turşusu içərək zəhərlənib.
Xəstəxanaya çatdırılan yaşlı qadının vəziyyəti ağırdır. Onun süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.