ŞƏMKİR, 20 oktyabr. TELEQRAF
Şəmkir rayonunun Abbaslı kənd sakini 1991-ci il təvəllüdlü Əlixan Qasımov yaşadığı ünvanda 2012-ci il təvəllüdlü oğlu İsa Qasımovla birlikdə özünə məxsus "VAZ"-2101 markalı avtomobilin təkərini təmir edərkən, avtomobil ehtiyatsızlıqdan 13 yaşlı uşağın üzərinə aşıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, nəticədə İsə Qasımov hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.