GÖYÇAY, 17 oktyabr. TELEQRAF

Göyçayda idarəetmədən çıxan maşın kanala düşüb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayonun Dövranlı kəndi ərazisində baş verib.

“VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Nəticədə 61 yaşlı sürücü Habil Talıbov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.